Qazaxıstanın paytaxtı Nur-Sultanda vətəndaş fəalları ölkədə siyasi islahatları tələb edən "Respublika" hərəkatı yaratmaq haqda qərar veriblər.
Teleqraf.com-un məlumatına görə, hərəkat müxtəlif nüfuzlu partiyalarla danşıqlar aparır, regionlarda tərəfdar toplayır.
Hərəkatın fəal üzvlərindən olan Bella Orınbetova bildirib ki, məqsəd bütün siyasi qərarların ədalətli və şəffaf şəkildə qəbuluna nail olmaqdır: "Buna görə də hökumət nümayəndələrini bərabər şəkildə dialoqa dəvət edirik".
O, eyni adlı partiyaya çevrilmək perspektivini də vurğulayıb.
Hərəkatın ilkin tələblərindən biri ölkədə sərbəst toplaşmaq hüququnun bərpası, kütləvi aksiya keçirməyə rəsmi razılıq verilməsi qaydalarının sadələşdirilməsidir.