20 İyun 2019 11:53
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran ABŞ-a aid pilotsuz uçuş aparatını vurduğunu elan etdikdən sonra Pentaqon bəyan edib ki, İranını hava sahəsi üzərində hər hansı əməliyyat keçirməyib. Bir müddət sonra isə Pentaqon İran tərəfindən onlara məxsus dronun vurulduğunu təsdiq edib.

Teleqraf.com xəbər verir ki, İran tərəfinin məsələ ilə bağlı açıqlamasında iki mühüm istiqamət diqqət çəkir.

Birincisi, PUA-nın “Yer-hava” raketilə vurulmasıdır. İkincisi, Tehran vurduğu pilotsuz aparatın Qlobal Havk modeli olduğunu açıqlamasıdır.

Ancaq ABŞ tərəfi bəyan edib ki, İran tərəfinin ələ keçirdiyi dron MQ-4C Tritondur. Bu dronlar 24 saat ərzində havada qala bilir.

Ən son xəbərə görə, sözügedən dron Oman körfəzindən havaya qaldırılıb, Hörmüz üzərindən keçib və bu zaman İran hərbçiləri tərəfindən vurulub.

Qeyd edək ki, “Röyter” agentliyi də İranın ABŞ-a məxsus PUA-nı beynəlxalq hava məkanında vurduğu barədə xəbər yayıb.

***

10:37

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi Bill Urban İranın ABŞ-a məxsus pilotsuz aparatı vurması xəbərini təkzib edib.

Bu barədə “Associated Press” məlumat yayıb.

“İran ərazisində Amerikaya məxsus pilotsuz aparat olmayıb”,- deyə o bildirib./apa/

Qeyd edək ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Kopusu ABŞ-ın kəşfiyyat aparan pilotsuz təyyarəsini məhv etdiyini açıqlayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər