20 İyun 2019 11:08
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan daxilində siyasi böhran dərinləşir, Baş nazir Nikol Paşinyan “Qarabağ klanı”na qarşı yeni metodlarla mübarizəyə başlamaq üçün hərəkətə keçir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, hazırda Ermənistanın ordu sıralarında Paşinyana sadiq generallar yoxdur:

“Orduda generallar Robert Köçəryan və Serj Sərkisyanın sadiq adamlarıdır. Həmin generallar da birbaşa Rusiyanın Ermənistandakı “102-ci” hərbi bazasına tabedir. Əlbəttə, bu vəziyyət Paşinyan üçün arzuolunan deyil və proseslər ona əleyhinə işləyir.

Kreml və “Qarabağ klanı”nın əsas planı qarşıdakı aylarda Paşinyanın iqtidarını maksimum səviyyədə zəiflətməkdir. Buna görə də, Paşinyan orduda özünə sadiq generalitet formalşadırmaq üçün 2016-cı il aprel döyüşlərində Serj Sərkisyan tərəfindən vəzifədən qovulan hərbçiləri vəzifəyə qaytarır.

Bununla Paşinyan Sərisyan əleyhinə olan generallara vəzifə verməklə, öz tərəfdarlarının sırasını genişləndirir”.


Müəllif: Mənsur Rəğbətoğlu