21 İyun 2019 11:23
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İraq Kürd Muxtariyyətinin sədri seçilən Nəçirvan Bərzani ilə görüşəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Ərdoğan onu "xüsusi qonaq" adlandırıb:

"Bu gün xüsusi qonağım olacaq. Nəçirvan Bərzani xeyli vaxt gələ bilmədi. Sədr seçiləndən sonra görüşmək istədi, bu gün görüşümüz olacaq", - deyə Türkiyə prezidenti bildirib.

O, axşam saatlarında biznesmenlərə çağırış edəcəyini deyib: "Onlarla Haliç Konqres mərkəzində 1500 nəfərlik toplantımız olacaq. Bununla da tədbirlərimizi yekunlaşdıracağıq".


Müəllif: Nərgiz

Oxşar xəbərlər