PKK terror təşkilatının başçısı Murad Karayılan iyunun 23-də İstanbulda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, öz tərəfdarlarına müraciət edən PKK başçısı onları seçkidə fəal olmağa çağırıb.
Murad Karayılan məsələ ilə əlaqədar Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaşın açıqlamasını xatırladıb:
“HDP və digər demokratik qurumlar, vətəndaş cəmiyyəti bu məsələdə öz qərarlarını verib. Faşizmə qarşı demokratik gücü dəstəkləyəcəklər”.
Seçkidən əvvəl Səlahəddin Dəmirtaş bəyanat yayaraq, seçkilərdə Cümhuriyyət Xalq Partiyasının (CHP) Əkrəm İmamoğlunu dəstəkləyəcəklərini açıqlamışdı.
PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın isə bundan sonra Dəmirtaşa məktub göndərdiyi və prosesdə bitərəf qalmağı tövsiyə etdiyi bildirilib.