Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasında ölkənin şərqində rus separatçılarının əsirliyində olan ukraynalı hərbçlərin sayı barədə məlumat yoxdur.
Teleqraf.com-un “İtar-Tassa” istinadən verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı keçirilən brifinqdə Təhlükəsizlik Şurasının nümayəndəsi Andrey Lısenko deyib.
O bildirib ki, ukraynalıların necə və hansı şəraitdə əsir düşməsi ilə bağlı dəqiq məlumat yoxdur.
Eyni zamanda, Lısenko Donetsk və Luqansk vilayətlərində atəşkəs elan olunduqdan sonrsa 648 ukraynalı əsirin azad olunduğunu deyib.
A.Lısenko bütün əsirlərin azad olunması ilə bağlı danışıqların getdiyini qeyd edib.
Samir