21 İyun 2019 15:00
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əsrin” Hüquq Bürosu PKK terror təşkilatının “lideri” Abdullah Öcalanın mesajını paylaşıb.

Teleqraf.com-un məlumatına görə, hüquq burosu iddia edib ki, Öcalan İstanbulda bələdiyyə seçkiləri ilə bağlı “qərarı HDP verəcək” deyib.

“Əsrin” Hüquq Bürosu tərəfindən yayılan yazılı açıqlamanın mətni belədir:

“Müvəkkilimiz Abdullah Öcalanla İmralı Ada həbsxanasında 18.06.2019-cu il tarixində görüş keçirdik. Öcalan digər görüşlər zamanı olduğu kimi bu görüş zamanı da bir çox mövzularda dəyərləndirmələr edib və baxışlarını paylaşıb. O, cari siyasi proseslərlə bağlı bir mətn qələmə alıb. Öcalan mətnin hər cümləsinin bir kitab mahiyyətində olduğunu ifadə edib. Abdullah Öcalan HDP-nin öz yolunu qorumasının gərəkdiyini düşünməkdədir. Bu xüsusların HDP ilə paylaşılmasını və müzakirə olunmasını söyləyib. Bununla yanaşı, bir siyasi partiya olaraq HDP-nin fəaliyyətini HDP-nin özünün göstərdiyini və qərarlarını da HDP-nin verəcəyini bəyan edib”.

Hakim AKP-nin baş katibi və Prezident Rəcəb Tayyib Ərdoğan terrorçu Abdullah Öcalanın İstanbul bələdiyyəsinə seçklərlə bağlı çağırışını “Öcalanla Səlahəddin Dəmirtaş arasında ciddi bir iqtidar mücadiləsi var” şəklində şərh edib.

HDP də A.Öcalanın çağırışı ilə bağlı yaydığı açıqlamada “Martın 31-də səslərimizi qoruyaraq, demokratiyaya qazandırmışdıq, indi yenə demokratiya və xalq iradəsinin qazanması üçün sandıq başına gedəcək, səslərimizi demokratiya, sülh və bərabərlikdən yana verəcəyik” ifadələrini istifadə edib.

Terrorçu Öcalanın çağırışını dəyərləndirən HDP həmsədri Sezai Temelli “xalq qərarını zatən bir həftə öncə verdi” deyib.


Müəllif: Səxavət

Oxşar xəbərlər