“İstanbullu gəlin” serialı ilə ekrana gələn məşhur türk aktrisa Özgə Borak aşiq olub.
Teleqraf.com xəbər verir ki, aktrisanın İnstaqram hesabındakı paylaşımı birmənalı qarşılanmayıb.
Aktrisanın paylaşımı onun gizli sevgi həyatı yaşadığı adamdan ayrılması müzakirəsinə yol açıb.
Əlavə edək ki, Özgə Borak ötən il adı açıqlanmayan bir azərbaycanlı iş adamı ilə gündəmə gəlmişdi. Aktrisa İnstaqramda bir azərbaycanlı iş adamının onunla bir gecə yatması üçün 1 milyon dollar vəd etdiyini iddia etmişdi.
Borak onun kimliyi ilə əlaqədar sualları cavabsız qoymuşdu.