21 İyun 2019 16:38
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın pilotsuz uçuş aparatı ilə yanaşı “P8” tipli patrul təyyarəsi də uçurdu. Onun göyərtəsində 35 nəfər var idi. Amma biz onu məhv etmədik.

Teleqraf.com xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava-Kosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə bildirib.

“Amerika pilotsuz uçuş aparatının yanı ilə onların “P8” təyyarəsi də uçurdu. Hansı ki, göyərtəsində 35 nəfər var idi. Bu təyyarə də bizim hava sərhədimizi pozmuşdu. Biz onu da vura bilərdik, amma bunu etmədik. Pilotsuz uçuş aparatını vurmaqla biz amerikan terrorçu qüvvələrinə xəbərdarlıq etmişik”, – deyə “Tasnim” agentliyi Hacızadənin sözlərindən sitat gətirir.


Müəllif: Səxavət

Oxşar xəbərlər