BMT-nin jurnalist Camal Qaşıqçı ilə bağlı hesabatında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Səudiyyə Ərəbistanı siyasətinə müxalif olan şəxslərin təhdid altında olmasına dair 4 qərb dövlətinə xəbərdarlıq etdiyi qeyd olunub.
Teleqraf.com xəbər verir ki, Aqnes Kallamard tərəfindən hazırlanan hesabatda Mərkəzi Kəşfiyyat İdarəsinin fərqli dövlətlərdə yaşayan və Səudiyyə Ərəbistanı siyasətinə müxalifətdə olan şəxslərin təhdid olunduğu haqda ölkələrə məlumat verməsi xüsusi diqqəti çəkib.
Hesabatda ilin başından bu yana Səudiyyədə çoxlu sayda jurnalist və siyasi fəalların həbs edildiyi də vurğulanıb.
ABŞ kəşfiyyatının ölüm təhdidi altında olan şəxslərə xəbərdarlıq etmək məsuliyyəti daşıdığına işarə vuran hesabatda qeyd edilir ki, bu şəxslərin ABŞ-da yaşayıb-yaşamamsı və ya ABŞ vətəndaşının olub-olmaması vacib deyil.
Raportda deyilir: “Qərb kəşfiyyat qurumları Qaşıqçıya qarşı ciddi təhdid yaranması ilə bağlı jurnalistin özünü xəbərdarlıq edə, türk həmkarlarının hərəkətə keçməsi üçün öncədən onlara informasiya ötürə bilərdi”.