ABŞ Prezidenti Donald Tramp İrana zərbə endirmək əmrini verməyə hazır olduğunu etiraf edib.
Teleqraf.com-un məlumatına görə, D.Trampın bunun dünən – iyunun 20-də yaşanmış hadisə olduğunu təsdiqləyib. O qeyd edib ki, söhbət İranın 3 obyektindən gedir.
“Mən İrana planlaşdırılmış hücum əməliyytının ləğvinə dair göstəriş verdim”, – deyə D.Tramp “Tvitter” hesabında yazıb.
Tramp daha sonra bildirib:
“Bazar ertəsi günü onlar (İran) beynəlxalq sularda bir pilotuz uçuş aparatımızı vurdular. Dünən gecə biz cavab verməyə tam hazır idik – üç fərqli obyektdən söhbət gedirdi. Amma mən nə qədər insanın həlak olacağını soruşdum. “Yüz əlli nəfər, cənab”, – deyə general bildirdi. Zərbənin endirilməsinə 10 dəqiqə qalmış mən onu dayandırdım – bu, bir pilotsuz uçuş aparatının vurulmasına görə veriləcək qeyri-mütənasib cavab olardı”.
Mən tələsmirəm, bizim silahlı qüvvələrimiz bərpa edilir, yenilənir, hərəkət etməyə hazırdır, o, böyük fərqlə dünyanın ən yaxşısıdır. Sanksiyalar “dişləyir”, dünən yeniləri əlavə olundu. İran heç vaxt ABŞ-a və dünyaya qarşı istifadə etmək üçün nüvə silahı əldə edə bilməyəcək!”