Gürcüstanın paytaxtı Tbilisidə keçirilən etirak aksiyalarında bir nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu haqda PEN TV bildirib.
Telekanalın məlumatına görə, etiraz aksiyasının iştirakçısı xəstəxanada ölüb. Onun aksiyaların ilk qurbanı olduğu bildirilir.
Bu informasiyanın rəsmi təsdiqi hələlik yoxdur.
22:13
Gürcüstan parlamentinin deputatları və parlament aparatının əməkdaşları qanunverici orqanın binasını tərk ediblər.
Bu barədə deputatlara və əməkdaşlara Daxili İşlər Nazirliyi tərəfindən xəbərdarlıq edilib. Parlamentdəki jurnalistlər də binadan çıxarılıb. Bundan əlavə, Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası yenidən başlayıb.
Aksiyaçılar Daxili İşlər naziri Giorgi Qaxarianın istefasını tələb edirlər.
Etirazçılar bu tələbin yerinə yetirilməsi üçün üç saat vaxt veriblər.
20:20
Tbilisidə müxalifətin növbəti etiraz aksiyası başlayıb.
Teleqraf.com xəbər verir ki, artıq parlamentin binası önündə iki mindən çox adam toplaşıb. Mitinqdə əsasən daxili işlər naziri Georgi Qaxariyanın istefası və iyunun 20-də keçirilmiş aksiya zamanı Saxlanılanların dərhal azad edilməsi tələb olunur.
Gürcüstanın əsas müxalifət partiyalarının rəhbərləri xalqa müraciət edərək hamını Rustaveli prospektinə - parlamentin binası önünə toplaşmağa çağırırlar.
Məlumat üçün qeyd edək ki, iyunun 20-də Tbilisidə Rusiya nümayəndə heyətinin Parlamentlərarası Pravoslav Assambleyasında iştirakına qarşı kütləvi etiraz aksiyası keçirilib. Parlamentin binasına girməyə cəhd göstərən etirazçılarla polis arasında qarşıdurma yaşanıb.