ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı sanksiyaların müddətini daha 1 il artırıb.
Teleqraf.com xəbər verir ki, Ağ Ev Donald Trampın bununla bağlı xəbərdarlığını Konqresə göndərib.
Xəbərdarlıqda qeyd edilir ki, dövlət başçısı 2008, 2010, 2011, 2015 və 2016-cı illərdə qəbul edilmişsanksiyaları uzatmağı lazımlı hesab edir.
Sanksiyalar xüsusi halda nüvə materiallarının yayılmasına və Koreya Xalq Demokratik Respublikasının başqa hərəkətlərinə aiddir. ABŞ hesab edir ki, bunlar regionda sabitliyi pozur.
Daha əvvəl bildirilib ki, rəsmi Pxenyan ABŞ-ın KXDR-lə əlaqələrə olan yanaşması dəyişməyincə nüvəsizləşdirmə üzrə Vaşinqtonla danışıqları bərpa etməyin mümkün olmadığını düşünür.