ABŞ hökuməti keçən il hökumətə qarşı aksiyanın zorakı yolla yatırılmasında fəal iştirak edən Nikaraqua hökumətinin 4 üzvünə sanksiya tətbiq edib.
Teleqraf.com xəbər verir ki, Ağ Evin yaydığı məlumatda Nikaraqua parlamentinin sədri Qustava Porras, səhiyyə naziri Sonia Kasto, əlaqələr naziri Oskar Mojica və telekommunikasiya institutunun direktoru Orlando Josenin sanksiyaların təsir dairəsinə salındığını bildirib.
Bu şəxslərin ABŞ-dakı əmlakı və aksiyaları dondurulacaq, habelə bank hesabları və maliyyə köçürmələri həyata keçirməsi qadağan ediləcək.
Xatırladaq ki, ABŞ buna qədər Nikaraqua dövlət başçısı Daniel Orteqa, xanımı Rosario Murillo, prezidentin oğlu Laureano Orteqaya sanksiyalar tətbiq edib.