Uruqvay məhkəməsi II Dünya müharibəsi zaman batmış alman gəmisindən çıxarılan nasist simvolu qartal heykəlinin satılması haqda qərar çıxarıb.
Teleqraf.com xəbər verir ki, nasist gəmisi Rio de Plata körfəzi yaxınlığında batıb.
Admiral Qraf Speed gəmisindən çıxarılan qartal heykəlinə Uruqvay hökuməti əl qoyub. Məhkəmənin qərarına əsasən, sözügedən nasist simvolu 90 gün ərzində satılmalı və əldə edilən gəlir batan gəmiləri araşdıran şirkətə ödənməlidir.
Xatırladaq ki, Uruqvay qonşusu Argentina kimi II Dünya müharibəsinin ardınca Cənubi Amerikaya qaçan bəzi nasist cinayətkarlara sığınacaq verdiyinə görə ittiham olunan ölkələr siyahısında yer alıb.