22 İyun 2019 12:50
1 856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il ABŞ-da satılan bir fotoda yəhudi qızı Roza və yəhudi düşməni olan Adolf Hitlerin səmimi görüntüləri təəccüb doğurub.

Teleqraf.com xəbər verir ki, şəkli 1933-cü ildə fotoqraf Henrix Hoffman çəkib.

Hitler və yəhudi Roza Bernilenin doğum günləri eyni günə təsadüf edir.

Məlum olub ki, həmin gün Hitlerin Alp dağlarında olan evinin qarşısına böyük bir izdiham toplaşıb. Roza və anası da orada olub.

Hitler Roza ilə doğum günlərinin eyni ayın tarixinə düşdüyünü bildikdə qızı və anasını evə dəvət edərək onlarla səmimi fotolar çəkdirib.

Nasist rəsmiləri Rozanın anası Karolinanın yəhudi olduğunu fərq edib, bu haqda Hitlerə bildiriblər. Ancaq Hitler əhvalını pozmadan Roza ilə dostluq etməyə başlayıb. Hətta birlikdə çəkdirdikləri fotoqrafa “Sevgili Roza Nienau, Adolf Hitler, 16 aprel 1933 Münhen” sözlərini yazaraq kiçik qıza hədiyyə də göndərib.

İki yaxın dost1935-1938-ci illər arasında 17 dəfə məktublaşıb.

Ancaq Hitlerin xüsusi müşaviri Bormann Rozanın anası Karolina ilə əlaqə saxlayaraq qızının Hitlerə bir daha məktub yazmamasını əmr edib. Kiçik yəhudi qızla Hitlerin qəribə dostluğuna beləcə nöqtə qoyulur.

Roza 1943-cü ildə 17 yaşında Münhendə bir xəstəxanada vəfat edib.


Müəllif: Cavad

Oxşar xəbərlər