İran ABŞ-ın istənilən təhdidinə qarşılıq verəcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bildirib.
İran diplomatı əlavə edib ki, ölkəsi özünün hava, su və quru sərhədlərini müdafiə etmək iqtidarındadır.
Xatırladaq ki, İran ordusunun ABŞ-a məxsus olan dronu vurmasından sonra Vaşinqton-Tehran münasibətləri bir qədər də gərginləşib.