ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İranın nüvə silahına malik olmasına imkan verməyəcəklərini bəyan edib.
Teleqraf.com xəbər verir ki, Bolton İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşdən öncə keçirdiyi mətbuat konfransında bu barədə bildirib.
"İran ABŞ və dünyaya qarşı əsla nüvə silahına sahib olmayacaq", deyə Bolton qeyd edib.
ABŞ rəsmisi ordunun müharibəyə hazır olduğunu bəyan edib.