Vaşinqton hökumətinin Rusiya ilə əlaqələri normallaşdırmaq baxımından böyük şansı yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Yaponiyada G-20 zirvə görüşü çərçivəsində Putin-Tramp müzakirələri zamanı sürpriz nəticənin ortaya çıxıb-çıxmayacağını Rusiyanım NTV kanalına şərh edən dövlət başçısı deyib: “ABŞ Prezidenti Tramp Rusiya ilə əlaqələri normallaşdırmaq üçün bəlkə də addım atmaq istəyir. Ancaq ABŞ hakimiyyəti prezidentin istəyini yerinə yetirməyə imkan vermir. Bu səbəbdən də Trampın imkanlarının geniş olmadığını demək mümkündür”.
Rusiyaya tətbiq edilən sanksiyaların nəticə vermədiyini ABŞ da daxil olmaqla qərb ölkələrinin artıq dərk etdiyini deyən Putin əlavə edib ki, Rusiyaya təzyiqlərlə bir şeyə nail olunmayacağını hər kəs görüb: “Bizə artıq bu istiqamətdə təzyiq etməyin mənasız olduğunu anlayıblar”.