24 İyun 2019 11:48
1 796
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 23-də keçirilən İstanbul şəhər bələdiyyəsi seçkiləri yalnız demokratiyanın gücləndirilməsi baxımından əhəmiyyətli olmayıb.

Teleqraf.com xəbər verir ki, bu seçkilər eyni zamanda 1984-cü ildə qeydə alınan rekordu yeniləyib.

“Millət” koalisiyasının İstanbul şəhər bələdiyyəsinə namizədi Əkrəm İmamoğlu seçici fəallığı 84 faiz olan seçkilərdə 54,21% səs alaraq seçilib. İmamoğlu bu nəticə ilə son 35 ildə qırılmayan Bədrəddin Dalan rekordunu qırıb, Rəcəb Təyyub Ərdoğanın 1994-cü ildə aldığı 25,2 faiz seçici səsini isə ikiyə qatlaya bilib.

Qeyd edək ki, 1984-cü ildə Bədrəddin Dalan 49,7 %, 1989-cu ildə Nurəddin Sözen 35,6%, 1994-cü ildə Rəcəb Təyyub Ərdoğan 25,2% 1999-cu ildə Əli Müfit Qurtuna 27,5%, 2004-cü ildə Kadir Topbaş 45,3%, 2009-cu ildə Kadir Topbaş 44,7%, 2014-cü ildə Kadir Topbaş 47,9 faiz səslə bələdiyyə sədri seçilib. Əkrəm İmamoğlu isə dünən seçkilərdə 54,2 faiz səslə son 35 ildə ilk dəfə rekordu qıra bilib.


Müəllif: Cavad

Oxşar xəbərlər