24 İyun 2019 13:25
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın etirazlarına baxmayaraq ABŞ-ın kəşfiyyat təyyarəsi növbəti dəfə Krım və Donbas üzərindən uçuşlar həyata keçirib.

Teleqraf.com xəbər verir ki, ABŞ həm Baltik, həm də Qara dəniz regionunda kəşfiyyat uçuşlarının sayını artırıb.

Krım səmasında uçuşlar həyata keçirən Amerika təyyarəsi gün boyu kəşfiyyat materialları toplayıb. RQ 04-2021 nömrəli kəşfiyyat təyyarəsi dünən NATO-nun İtaliyadakı Siqonella hava bazasından yerli vaxtla saat 07:40-da havaya qalxaraq Ukraynanın separatçı bölgəsi Donbas üzərində uçuşlar aparıb.

Saat 16:00-da Donbas hava sahəsində uçuşunu başa vuran kəşfiyyat təyyarəsi Rusiya üzərindən Qara dənizə keçib.

Krım üzərində yerli saatla 16:55-də uçuşa başlayan ABŞ kəşfiyyat təyyarəsi xidmətini başa vurduqdan sonra saat 22:30-da Krımdan ayrılaraq İtaliyadakı hava bazasına qayıdıb.


Müəllif: Cavad

Oxşar xəbərlər