İran Silahlı Qüvvələrinin hərbi əməliyyatlara nəzarət və əməliyyatları koordinasiya mərkəzi “Xatəm ül Ənbiya” qərargahının komandanı, general Qulaməli Rəşid ABŞ-ı “səhv addımlardan” çəkinməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, İnqilab Keşikçiləri Korpusu – SEPAH-ın hava-kosmik qüvvələrinin raket sistemləri mərkəzinə baxışı zamanı jurnalistlərə açıqlama verən Qulaməli Rəşid deyib:
“İran strateji qarşıdurma şəraitində Amerika, İsrail və Səudiyyə Ərəbistanı koalisiyası ilə üz-üzə dayanıb. Amerika səhv addımlarından çəkinərək, regiondakı əsgərlərinin həyatını qorumaq üçün daha məsuliyyətli davranmalıdır. Hesab edirik ki, sözlə və bəyanatlar səsləndirməklə müharibənin qarşısını almaq olmaz. Bunun üçün sadəcə olaraq, iradə və düzgün rəftar olmalıdır”.