24 İyun 2019 16:07
1 556
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məhəmməd Mursi dövlət çevrilişindən öncə uranla zənginləşdirilmiş bir nüvə stansiyası qurmağı planlaşdırırdı. Mursinin devrilməsində İsrail, ABŞ agentlərinin rolu ola bilər”.

Publika.az xəbər verir ki, bunu nüvə mütəxəssisi Əbdülqədir Xan deyib.

Pakistanda “atom bombasının atası” kimi tanınan Xan sosial media hesabından Misirin ilk və tək demokratik prezidenti Məhəmməd Mursinin ölümü ilə bağlı diqqətçəkən detallar paylaşıb.

“Mursi Rusiya, Hindistan və Pakistana getdi. Ancaq çox insan elektrik istehsal edəcək uranla zənginləşdirilmiş bir Misir nüvə reaktorunu yenidən işə salmaqla bağlı ruslarla razılığa gəldiyini bilmir. Eyni zamanda, Misirin 3 il sonra eyni məqsəd üçün alacağı başqa bir reaktor qurmaq təklifini də qəbul etmişdi. Misir məsələləri haqqında danışmamaq mənimçün daha yaxşı olardı. Amma Misir xalqı prezidenti Mursinin taleyini öyrənmək üçün gerçəkləri bilməlidir. Misirlilər bu səfərlərin nəticələrinin Qərbə qorxunc gəldiyini bilirmi? Misir ölkədəki elektrik problemini sonsuza qədər həll edəcək və bütün Afrika qitəsini işıqlandıracaq qədər elektrik ixrac edəcəkdi. Misirlilər Mursinin dövründə Almaniyadan iki sualtı gəmi alındığını da bilməlidir. İsrail Misirin doğru raketlərə sahib olacağı təqdirdə ölkənin bir təyyarə gəmisini vura biləcək sualtı gəmilərə sahib olmasının qarşısını almaq üçün Almaniyaya təzyiq göstərdi. Baş nazir Benyamin Netanyahu Alman-Misir satışını təsdiq etdi. Lakin bunun dövlət sirri olduğunu iddia etdi. Mart atında sualtılar İsraildə ortaya çıxdı. 2013-cü ildə çevriliş olmasaydı, Misirdə İsrailin malik olduğu hərbi peyk olacaqdı. Çox insan Mursinin Vladimir Putinin Misirin raketlərə ehtiyacı olduğunu söylədiyini və Rusiyanın bunun üçün rəsmi müqavilə hazırlamasını qəbul etdiyini də bilmir. Mursi bunun üçün Əl-Tərraz adlı general-mayoru Rusiyaya göndərdi, amma ABŞ-ın ordu üzərindəki təzyiqi səbəbilə bu təşşəbbüslər uğursuzluğa düçar oldu”.

Qeyd edək ki, Məhəmməd Mursi ötən həftə casusluqda ittiham olunduğu məhkəmə iclasının salonunda vəfat etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər