9 Sentyabr 2014 17:52
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna-Rusiya sərhədinin 100 kilometrdən artıq hissəsi separatçıların nəzarəti altındadır.

Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının analitik-informasiya mərkəzinin sədri Andrey Lısenko bildirib.

O deyib ki, sərhədin qalan hissəsi isə Ukrayna hərbçilərinin nəzarətindədir və burada möhkəm müdafiə mövqeyi qurulub.

Bu arada atəşkəs rejimi olmasına baxmayaraq, Donetsk və Luqansk vilayətinin ərazisində vəziyyət gərgin olaraq qalır.

Ən təhlükəli vəziyyət Donbasın 6 şəhərindədir. A.Lısenkonun sözlərinə görə, yaraqlılar əldə edilmiş razılaşmaları pozur və ayrı-ayrı yerlərdə ukraynalı döyüşçüləri atəşə tutur: “Ukrayna hərbçiləri atəşkəs şərtlərinə ciddi əməl edir və yalnız cavab atəşi açırlar. Hərbçilərimiz tərəfindən sərhədlərin möhkəmləndirilməsi, qoşunların döyüş potensialının bərpası davam edir”.

Samir


Müəllif:

Oxşar xəbərlər