24 İyun 16:39
935

“Qalatasaray” qadın voleybol komandasının yeni transferi yunan voleybolçusu Ansi Vasilandonaki olub.

Teleqraf.com xəbər verir ki, gözəlliyi ilə diqqəti çəkən Vasilandonakinin İnstaqramdakı paylaşımları maraqla qarşılanıb.

Gənc xanım Türkiyə Voleybol Liqasında oynayan ilk yunan voleybolçu olacaq. Ansi Vasilandonaki anlaşmadan razı qaldığını deyib.

1996-cı il təvəllüdlü voleybolçunun 1,97 metr boyu var.


Müəllif: Leyla