25 İyun 2019 08:25
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Perunun müdafiə naziri Xose Uerta Torres inspeksiya səfəri zamanı dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, 71 yaşlı nazir müşahidə postlarının yoxlamaq məqsədi ilə səfər gəldiyi Amasonas regionunda ürək tutmasından ölüb.

Bildirilir ki, yoxlanış zamanı nazir huşunu itirib və helikopterlə xəstəxanaya çatdırılıb. Təcili tibbi müdaxiləyə baxmayaraq, U.Torresi xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Xose Uerta Torres 2018-ci ilin aprel ayında müdafiə naziri təyin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər