25 İyun 2019 10:46
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın BMT-dəki daimi təmsilçisi Məcid Ravançi BMT Təhlükəsizlik Şurasında keçirilən İran müzakirələrinə buraxılmamasına sərt reaksiya verib.

Teleqraf.com xəbər verir ki, İran diplomatı ABŞ-ın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq səlahiyyətini neqativ yöndə istifadə etdiyini və bu qurumun İrana qarşı siyasət sərgiləməsi məqsədilə Təhlükəsizlik Şurasına yanlış istiqamət verdiyini bəyan edib.

Diplomat əlavə edib ki, hava sahəsində ABŞ-ın kəşfiyyat dronunu zərərsizləşdirən bir ölkə kimi İranın BMT Təhlükəsizlik Şurasının toplantısına qatılmaq haqqı var: “Biz toplantıya qatılmaq üçün öncədən müraciət etmişdik. Ancaq bizim Təhlükəsizlik Şurasında iştirak etməyimizə maneə oldular. Bu gün BMT Təhlükəsizlik Şurası yalnız ABŞ tərəfindən məlumatlar alır. ABŞ səlahiyyətindən istifadə edərək İrana qarşı siyasətinə dəstək almaq məqsədilə Təhlükəsizlik Şurasına yanlış məlumatlar verir. Əlimizdə Təhlükəsizlik Şurasına təqdim edəcəyimiz inkaredilməz faktlar var”.

Səfir əlavə edib ki, İran tərəfi dialoqa hazırdır və bu istək BMT baş katibinə çatdırılıb.


Müəllif: Cavad