Türkiyə və ABŞ arasında bu həftə iki önəmli görüş keçiriləcək.
Teleqraf.com xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar amerikalı həmkarı Patrik Şanahanla, Prezident Rəcəb Tayyib Ərdoğan isə ABŞ lideri Donald Trampla görüşəcək.
Müdafiə nazirləri 26-27 iyun tarixlərində keçiriləcək NATO sammitində, prezidentlər isə G-20 zirvəsində bir araya gələcək.
Görüşlərin ana gündəminin “S-400” böhranı və ABŞ-dan ehtimal edilən sanksiyalar təşkil edəcək.
Şanahan bu ayın əvvəlində Akara yazdığı məktubda Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri alacağı halda, iki ay içində “F-35” proqramından çıxarılacağını açıqlamışdı. Məktubun yayımlanmasından bir neçə gün sonra türk pilotların “F-35” təlimlərində iştirakı ləğv edilmişdi.