25 İyun 2019 12:10
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Yaponiyanın Osaka şəhərində keçiriləcək “G-20” sammitində rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ administrasiyasının yüksək çinli nümayəndəsi bildirib.

Onların İran, Venesuela və Ukraynadakı vəziyyəti, silahlara nəzarət və ikitərəfli münasibətləri müzakirə edəcəkləri gözlənilir.

Bundan əlavə, amerikalı məmur Trampın seçkilərə müdaxilə mövzusuna toxunacağına əminliyini ifadə edib.

Rusiya Xarici İşlər Nazirliyi də bildirib ki, görüş mütləq baş tutacaq.

Bundan əlavə ABŞ Prezidentinin Yaponiyanın Baş naziri Sindzo Abe, Almaniyanın kansleri Angela Merkel, Çin Xalq Respublikasının sədri Si Cinpin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla digər dünya liderləri ilə görüşləri planlaşdırıb.

Sammit 28-29 iyun tarixlərində keçiriləcək.


Müəllif: Səxavət