25 İyun 2019 12:40
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ və İran arasındakı diplomatik yol bir daha açılmamaq üzrə bağlanıb”.

Teleqraf.com xəbər verir ki, bunu İranın xarici işlər nazirliyinin mətbuat katibi Abbas Musəvi deyib.

XİN rəsmisi qeyd edib ki, İranın dini lideri Əli Xameneyi və ölkənin baş diplomatı Məhəmməd Cavad Zərifə sanksiya tətbiq etmək, diplomatiya yolunun açılmamaq üzrə bağlanması deməkdir.

Musəvi açıqlamasında Tramp administrasiyasının qlobal təhlükəsizliyi təmin etmək adı altında bütün beynəlxalq mexanizmləri yox etdiyini bildirib.

ABŞ və İran arasındakı gərginliyin artdığı bir dönəmdə ABŞ Prezidenti Donald Tramp keçən həftə Amerikanın Pilotsuz Uçan Aparatının (PUA) vurulmasından sonra İrana qarşı təzyiqləri gücləndirmək üçün ciddi addım atdı.

ABŞ-ın xəzinə naziri Steven Mnuçin İranın milyardlarla dollar dəyərində əmlakının bloklanacağını açıqladı.

Tramp isə PUA-nın vurulmasının İrana baha başa gələcəyini və baş verənlərə görə Xameneyinin məsuliyyət daşıdığını deyib: “Sanksiyalar İranın dini lideri və ona yaxın insanları əhatə edəcək. Bu sanksiyalarla həmin şəxslərin milyardlarla dollar dəyərindəki əmlakları bloklanacaq”.

Rəsmi Vaşinqton İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə də sanksiya tətbiq olunacağını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər