25 İyun 2019 12:49
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan parlamentinin plenar iclası texniki fasilədən sonra bərpa olunub.

Teleqraf.com "Report"a istinadən xəbər verir ki, parlament müxalifəti plenar iclası tərk edib.

Toplantı Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının üzvlərinin iştirakı olmadan davam etdirilir.

Parlament bu gün yeni spiker seçməlidir. Hakim Gürcü Arzusu Partiyasının rəhbərlik etdiyi parlament çoxluğu bu vəzifəyə Arçil Talakvadzenin namizədliyini irəli sürüb.

Qeyd edək ki, parlamentin keçmiş sədri İrakli Kobaxidze kütləvi etirazlar fonunda iyunun 21-də istefa verib.

***

12:46

Gürcüstan parlamentinin bu gün keçirilən plenar iclasında mübahisə yaranıb.

Müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyaları Daxili İşlər naziri Giorgi Qaxarianın istefası da daxil olmaqla etirazçıların tələblərinin müzakirə olunmasını tələb ediblər.

Hakim Gürcü Arzusu Partiyasının nümayəndələri müxalifətin bu təşəbbüsünə etiraz edib və nəticədə deputatlar arasında səs-küylü mübahisə baş verib.

Plenar iclas hazırda dayandırılıb. Birinci vitse-spiker Tamar Çuqoşvili texniki fasilə elan edib. /Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər