Bu həftə Avropanın bir sıra ölkələrində rekord istilər gözlənilir.
Teleqraf.com-un məlumatına görə, Saxaradan gələn isti hava kütləsi ilə əlaqədar Fransa, Almaniya və Belçikada iyunun 27-i və 28-də 35 dərəcə temperatur proqnozlaşdırılır.
Belçikada hökumət əhaliyə açıq havada az olmağı, vaxtın əksər hissəsini sərin yerlərdə keçirməyi tövsiyə edir.