26 İyun 2019 13:02
1 814
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul bələdiyyə seçkilərinin son nəticəsində məğlubedilməz gücünü yox, bütün Türkiyəni itirdi”.

Teleqraf.com xəbər verir ki, bu barədə İsraildə nəşr olunan “Yerusəlim Post” qəzeti yazıb.

Qəzet iddia edir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iyunun 23-də İstanbulda keçirilən bələdiyyə seçkilərində məğlub olması Ərdoğana baha başa gələcək:

“Ərdoğan iyunun 23-də rəsmi və birmənalı şəkildə Türkiyəni itirdi. Türkiyə prezidenti ilk olaraq, uzun müddətdir AKP-nin əsas seçici kütləsini təşkil edən dindarları və kürdləri də itirdi.

İkincisi, Ankara, İzmir, indi isə İstanbuldakı məğlubiyyətdən sonra Ərdoğanın daxili reytinqi sürətlə düşməyə başlayıb, Ərdoğan türk seçicilərinin sevgisini itirmək üzrədir. Seçici dəstəyinin olmaması, Ərdoğanın legitimliyini də şübhə altına alacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu