ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları yarmaq iddiası ilə həbs edilən iranlı iş adamı Rza Zərrabın ABŞ hüquq-mühafizə orqanları ilə əməkdaşlığa getməsi nəticəsində Vaşinqtonda həbs edilən “Xalqbank”ın rəhbəri Mehmet Hakan Atilla azadlığa çıxır.
Teleqraf.com xəbər verir ki, Atillanın vəkillərinin sözlərinə görə, 2 ay həbsdən sonra müvəkkilləri iyulun 19-da azadlığa çıxacaq.
O, azadlığa çıxdıqdan sonra ABŞ-ın Qaçqınlar ofisində sorğu-sual ediləcək, ardınca Türkiyəyə göndəriləcək.
Xatırladaq ki, Mehmet Hakan Atillanın ABŞ-da həbsi Ankara-Vaşinqton xəttində ciddi problemlərə səbəb olmuşdu.