26 İyun 2019 15:30
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Suriyada böhrana o vaxt son qoyulacaq ki, ABŞ-ın liderliyindəki xarici hərbi qüvvələr bu ölkədən çıxacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşir Cəfəri deyib.

Suriyalı diplomat qeyd edib ki, Suriyadakı insan faciəsinin əsas səbəbkarı ABŞ-ın başçılıq etdiyi hərbi qüvvələrdir:

“Xarici qüvvələrin siyasi və hərbi müdaxilələrinə qarşı mübarizə bu ölkədə vəziyyətin normal məcraya qayıtmasına kömək edəcək. Ümumiyyətlə, bu ölkədəki bütün xarici hərbi qüvvələr çıxarılmalı və Suriyaya müdaxilələrə son qoyulmalıdır. Bu baş vermədikcə, Suriya hakimiyyəti öz vətəndaşlarına kömək edə bilməyəcək, bizim insanlara yardım edə bilməməyimizin qarşısındakı əsas əngəl budur”.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya suriyalı diplomatın tələbinə dəstək nümayiş etdirib və bu mövzuda rəsmi Dəməşqlə eyni mövqedə dayandıqlarını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər