26 İyun 2019 15:07
2 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs Rusiya ilə iqtisadi işbirliyinin şərtlərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, Rusiyanın Gürcüstan sərhədlərini tanıyacağı halda, iki ölkənin ideal müttəfiq olacağını deyib.

Sandra Rulofs Gürcüstanın müstəqil dövlət olduğunu, Rusiyanın təsiri altında olmaq istəmədiyini bildirib.

O, rəsmi Moskvanın qadağasına baxmayaraq, rus turistlərin Gürcüstana gələcəklərinə ümid etdiyini vurğulayıb: “Rusiyalı turistlər Tiflisə Moskvadan gələ bilmirlərsə, Bakı, Minsk və Kiyevdən gələ bilərlər”.

Qeyd edək ki, Rusiya hökuməti vətəndaşlarına müraciət edərək, Gürcüstana turist kimi getməməyi məsləhət görüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər