26 İyun 2019 20:47
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası başlayıb.

Teleqraf.com xəbər verir ki, yeddinci gündür keçirilən aksiyada hələ kütləvilik müşahidə olunmur.

Etirazçıların tələbləri daxili işlər naziri Giorgi Qaxarianın istefası, iyunun 20-21-də Tbilisidə aksiya zamanı saxlanılanların hamısının azad olunması və aksiyanın zor gücünə dağıdılmasında iştitak edən, güc tətbiq edən xüsusi təyinatlıların cəzalandırılmasıdır.


Müəllif: Teleqraf.com