27 İyun 2019 10:22
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Türkiyə müdafiə nazirləri Brüsseldə S-400 kompleksi mövzusunda müzakirə aparıblar.

Teleqraf.com xəbər verir ki, müdafiə naziri Hulusi Akar və Pentaqonun yeni rəhbəri Mark Esper NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən toplantısında görüşüb.

Nazirlər görüş zamanı öz mövqelərində qalıb. Hulusi Akar S-400 komplekslərinin alınmasında geri addım atılmayacağını, Esper isə bunun müəyyən nəticələri olacağı xəbərdarlığını edib.

ABŞ mənbələri S-400-lərin alınacağı təqdirdə Türkiyənin F-35 təyyarə proqramından çıxarılacağı, ardınca ciddi sanksiyalar tətbiq ediləcəyi və ölkə iqtisadiyyatının bundan ciddi zərər görəcəyini Türkiyə müdafiə nazirliyinə çatdırıldığını açıqlayıb

Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında isə vurğulanıb ki, ABŞ və Türkiyə arasında dialoqun davam etməsi əhəmiyyətlidir.


Müəllif: Cavad