Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan G-20 liderlərinin zirvə toplantısında iştirak üçün Yaponiyanın Osaka şəhərinə gedib.
Teleqraf.com xəbər verir ki, Osaka hava limanında Türkiyə prezidentini Yaponiya xarici işlər nazirinin müavini Kenju Yamada və Türkiyənin Yaponiyadakı səfiri Murad Mərcan qarşılayıb.
Ərdoğan liderliyində Osakaya gələn nümayəndə heyətinə birinci xanım Əminə Ərdoğan, müdafiə naziri Hülusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, maliyyə naziri Bərat Albayrak, prezidentin köməkçisi Fahrettin Altun və mətbuat katibi İbrahim Qalın daxildir.
Qeyd edək ki, G-20 zirvə toplantısı çərçivəsində Ərdoğanın ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinlə görüşəcəyi gözlənilir.