27 İyun 2019 14:50
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya 2020-ci ilin yanvarın 1-dən Ermənistana satdığı təbii qazın qiymətini artıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Jamanak” qəzeti məlumat yayıb.

Qəzet Rusiyanın “Qazprom” şirkətinin Ermənistan üçün 10 faizlik qiymət artımı nəzərdə tutduğunu bildirib.

Mənbə qiymət artımının istehlakçılara mənfi təsir edəcəyini yazıb:

“Ermənistanın rəsmi qurumları Rusiya ilə danışıqları davam etdirir, lakin əldə edilən nəticənin keçən ilkindən fərqli olacağı gözlənilmir. Rusiya qiymətləri artırmaqda israrlıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər