27 İyun 2019 16:53
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin toxunulmazlığı ləğv olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan parlamentində qərar qəbul edilib.

Almazbek Atambayev prezident olduğu dönəmlərdə korrupsiya hallarına yol verməkdə ittiham olunur. Sabiq prezidentin toxunulmazlığını ləğv edən qərara 120 deputatdan 103-ü səs verib.

Atambayev barəsində irəli sürülən ittihamları qəbul etmir.

Qırğızıstanın baş prokuroru Otkurbek Camşitov isə aparılan araşdırmalarda sabiq prezidentin cinayət xarakterli səhvlərə yol verdiyinin təsbit olunduğunu bildirib:

“Baş nazirin keçmiş köməkçisi Ataxanov, keçmiş baş prokuror Saluyanov, keçmiş energetika naziri Artıkbayevanın Almazbek Atambayevin korrupsiyaya yol verdiyinə dair şahid ifadələri var”.

Sabiq prezidentin bu ittihamlar əsasında cinayət məsuliyyətinə cəlb ediləcəyi istisna edilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər