28 İyun 2019 10:35
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aralıq dənizində enerji paylaşımı və Kipr problemində qurduğu ikili əlaqələrlə Türkiyəyə qarşı cəbhə açan Kiprin yunan hissəsi ABŞ-ın F-35-lərlə əlaqədar Ankaraya sanksiyalar tətbiq etməyini nəzərdə tutan qanun layihəsindən şok keçirib.

Teleqraf.com xəbər verir ki, ABŞ administrasiyası Kipr yunan tərəfini razı salan anti-Türkiyə sənədinə “Limanları rus hərbi gəmilərinə bağlayacaqsan” maddəsi əlavə edib.

Yunan Kiprinin lideri Nikos Anastasiadis buna etiraz edərək maddəni “müstəqilliyə müdaxilə” kimi qiymətləndirib.

Qeyd edək ki, qanun layihəsi iki aspektdən yunan Kiprini razı salırdı. Ancaq sənədin sonuncu variantında Kiprdən rus hərbi gəmilərinə limanlarını bağlamaq və qanunsuz çirkli pul yuyulması mövzusunda ABŞ-la əməkdaşlıq tələb edilir.

Rusiya Prezidenti Vladimir Putinlə 2015-ci ildə imzaladığı razılaşma ilə limanlarını rus hərbi gəmilərinin üzünə açan Nikos Anastasiadis layihəyə ciddi etiraz edərək hər iki maddənin müstəqilliyə müdaxilə olduğunu dilə gətirib: “Bu maddələr çox əsassızdır. Rus hərbi gəmiləri humanitar əməliyyatlar çərçivəsində Kipr limanlarında dayana bilir”.


Müəllif: Cavad

Oxşar xəbərlər