ABŞ Prezidenti Donald Trampın bu ilin fevralında Türkiyəyə səfir postuna irəli sürdüyü Devid Satterfieldin namizədliyini Senat təsdiq edib.
Teleqraf.com xəbər verir ki, səfir Devid Satterfieldin qısa müddət ərzində Ankaraya gələcəyi gözlənilir.
“Sizə gözəl xəbərimiz var. Dünən gecə ABŞ Senatı səfir Devid Satterfieldin ABŞ-ın Ankara səfirliyinə namizədliyini təsdiq edib. Yaxın gələcəkdə onu qarşılamaq üçün gözləyirik. Bizi izləməkdə davam edin”,- ABŞ-ın Ankaradakı səfirliyinin Tvitterdə yaydığı xəbərdə belə qeyd edib.
ABŞ-ın Ankaradakı səfiri Con Basssın xidmət müddəti 2017-ci ildə başa çatıb. 2 017-ci ildən bu yana ABŞ Ankaraya səfir təyin etməmişdi.
Xatırladaq ki, Devid Satterfield əsasən Yaxın Şərq regionu üzrə çalışıb, İraq və Livanda diplomat kimi fəaliyyət göstərib.