İkili casus Sergey Skripal və qızı Yuliyaya edilən kimyəvi hücumun təşkilatçılarının ədalət qarşısına çıxarılması üçün hər cür cəhd göstəriləcək.
Teleqraf.com xəbər verir ki, bu fikirləri G20 zirvə toplantısı zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşdən əvvəli mətbuata danışan İngiltərə Baş naziri Tereza Mey bildirib.
İngiltərə baş nazir əlavə edib ki, Rusiya günahkar olan vətəndaşlarını ədalət qarşısına çıxarmaqdan imtina edir: “Ancaq iki şəxs haqqında Avropada həbs qərarı çıxarılıb. Oların ədalət mühakiməsi qarşısına çıxarılması üçün vacib olan addımlar atılacaq”.
Rusiyanın bunun fərqinə varmasının vacibliyini bildirən baş nazir əlavə edib ki, Moskva dünyada istiqrarı pozacaq davranışlarına son verməlidir. Bura dezinformasiya və kiber hücumlar da daxildir.
G20 zirvə toplantısı zamanı mətbuatın çəkdiyi fotolarda Mey ilə Putinin görüşü öncəsi əl sıxarkən İngiltərə baş nazirinin gülümsəməməsi və son dərəcədə ciddi görkəm alması diqqəti cəlb edib.