29 İyun 2019 00:29
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın nüvə proqramı üzrə Müştərək Əhatəli Plana (MƏP) dair Vyana görüşündən sonra Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Helqa Şmid adıçəkilən ölkə ilə İNSTEX (İnstrument in Support of Trade Exchanges - Ticarət mübadilələrinə dəstək aləti) ödəmələr mexanizminin işə salındığını, artıq ilk köçürmələrin icra olunduğunu bildirib.

H.Şmid “Twitter”dəki səhifəsində MƏP birgə komissiyasının Vyana iclasında səmərəli müzakirələr aparıldığını, habelə Ərək və Fordou layihələrinə dair irəliləyiş əldə olunduğunu qeyd edib: “Bütün iştirakçılar tərəfindən İran razılaşmasının tam və səmərəli yerinə yetirilməsi başlıca vəzifə olaraq qalır”.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın İranla bağlı xüsusi nümayəndəsi Brayan Huk İrandan xam neft ixal edən hər bir ölkəyə qarşı sanksiya tətbiq edəcəklərini açıqlamışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər