29 İyun 2019 10:09
1 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla G20 zirvəsi çərçivəsində keçirilən görüşü başa çatıb.

Teleqraf.com xəbər verir ki, 35 dəqiqə davam edən ikitərəfli görüşdə ABŞ-Türkiyə münasibətləri və digər məsələlər müzakirə olunub.

Görüşdən sonra Ərdoğan ABŞ və Türkiyə arasında strateji əməkdaşlığın davam edəcəyini bildirib: “Bu strateji əməkdaşlıq və müttəfiqlik bir çox məsələdə bizi işbirliyinə təşviq edir. Bundan sonrakı prosesdə də bu müttəfiqlik münasibətləri və bir-birimizə verdiyimiz dəstək davam edəcək”.

Görüşdə ABŞ və Türkiyə arasında gərginliyə səbəb olan “S-400” məsələsinin müzakirə edilib-edilməməsi haqda məlumat verilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər