Ağ Ev Türkiyə və ABŞ prezidentləri arasında G20 zirvəsi çərçivəsində keçirilən görüşdən sonra açıqlama verib.
Teleqraf.com xəbər verir ki, açıqlamada tərəflərin Yaponiyada keçirilmiş görüşdə müzakirə edilən məsələlərə toxunulub.
Ağ Ev Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında baş tutmuş görüşə dair bu açıqlamanı yayıb:
“İki lider qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi və Suriyadakı işbirliyinin davam etdirilməsi də daxil olmaqla, bir sıra məsələlər ətrafında müzakirə aparıb.
Prezident Tramp Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri almasından narahatlığını dilə gətirib və Türkiyəni NATO çərçivəsində ABŞ-la müdafiə sahəsində işbirliyinə davam etdirilməsinə razı salıb”.