“ABŞ və İran arasındakı son gəlişmələr Yaxın Şərqdə müharibə təhlükəsini artırır”.
Teleqraf.com xəbər verir ki, bunu Fransada nəşr olunan “Le Monde” qəzetinə açıqlamasında iranlı politoloq Fərhad Xosroxavar deyib.
Ekspertin fikrincə, İranla bağlı ziddiyyətli siysət yürüdən ABŞ-ın gözlənilməz addım atması ehtimalı yüksəkdir:
“Tramp əvvəlcə İrana hücum edəcəyini bildirdi, sonra Konqres bunun əleyhinə çıxdı, daha sonra amerikalı siyasətçilər yenə savaşdan danışmağa başladılar. Görünən budur ki, ABŞ hökuməti qərarsızdır, hansı addım atmaq istədiyini götür-qoy edir. Ağ Evdə İran haqda nə danışıldığı məlum deyil.
Avropa isə ABŞ-ın İranla nüvə anlaşmasına etiraz edirmiş kimi görünsə də, Amerikaya itaət edir. İranla iqtisadi və ticari əlaqələrin davam etdirilməsini könülsüz şəkildə müdafiə edirlər, reallıqda isə ABŞ-ın İrana qarşı addımlarını dəstəkləyirmiş kimi görünürlər”.
Ekspert hesab edir ki, ABŞ-ın təhdid və təzyiqlərinə baxmayaraq, İran bölgədə Livan Hizbullahı və Suriyadakı Bəşər Əsəd rejimi ilə əlaqələrini davam etdirəcək: “Mövcud vəziyyətdə İran və ABŞ savaşa girmək riski qarşısındadır”.