"Ənsar Allah" hərəkatından olan Yəmən üsyançıları (husilər) ölkə ordusunu Hodeyda limanında yerləşən BMT binasının atəşə tutulmasına görə ittiham edib.
Trend-in məlumatına görə, bu barədə "əl-Masira" telekanalı xəbər verib.
Bildirilir ki, ordu Hodeyda şəhərinin cənubunda ər-Rabsa rayonunda yerləşən BMT binasını minaatan mərmiləri ilə atəşə tutub.
Qeyd edilir ki, həmin mərmilərdən üçü şəhərin şərqində yerləşən 90 küçəsi yaxınlığında düşüb.