Fransada “sarı jiletlilər” yenidən etirazlara başlayıblar.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, aksiyanın 33-cü həftəsində etirazçılar müxtəlif şüarlarla ölkə prezidenti Emanuel Makronun istefasını tələb ediblər. Parislə yanaşı Lill, Reyns və Renndə keçirilən nümayişlərdə ümumilikdə 15 mindən çox insanın iştirak etdiyi bildirilir. Polisin bibər qazı və dəyənəklərlə müdaxilə etdiyi aksiyalarda onlarla etirazçı saxlanılıb.
Qeyd edək ki, sarı jilet Fransada hakimiyyət əleyhinə davam edən nümayişlərin rəmzinə çevrilib. Ölkənin iri şəhərlərini əhatə edən nümayişlər “Sarı jiletlilər” hərəkatı adlanır.